Mühazirəçilər

Moderatorlar
 
Səbinə Hacıyeva
(Azərbaycan)
“Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasının müdiri, Azərbaycan Memarlıq və İnşaat Universiteti

Səbinə Hacıyeva 120-dən çox elmi nəşrin müəllifi və Azərbaycanın tarix-memarlıq abidələrinin qorunmasına həsr olunmuş bir neçə layihənin həmmüəllifidir. Səbinə xanım Azərbaycan Memarlıq və İnşaat Universitetində “Abidələrin bərpası və mühafizəsi” elmi laboratoriyasında müdir vəzifəsində çalışıb və hazırda tədqiqat dairəsinə orta əsrlərdə Azərbaycandakı İslam və xristian abidələrinin təsiri, eləcə də Azərbaycanın şimal-qərb bölgəsində memarlıq irsinin qorunması və uyğunlaşması daxildir. Səbinə xanım Azərbaycan Memarlıq İttifaqının üzvüdür və “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

 
Naqore Espinosa
(İspaniya)
Dünya Turizm Təşkilatının (UNWTO) eksperti, “in2destination” şirkətinin baş direktoru, Deusto Universitetində mühazirəçi.

Turizm iqtisadiyyatı sahəsində özəl, ictimai və akademik sahələrdəki isə geniş təcrübəsi sayəsində, Naqore Espinosa 2015-ci ildə beynəlxalq araşdırma və konsaltinq şirkəti olan “in2destination” yaratmışdır. Şirkət turizmdə ağıllı, davamlı və inklüziv istiqamətlərin və müəssisələrin yaradılması üçün böyük məlumatlardan istifadə üzrə ixtisaslaşır.

Espinosa öz biznesini idarə etməklə yanaşı Dünya Turizm Təşkilatında ekspert-məsləhətçidir; şəbəkə koordinatoru və İNRouTe üzrə ekspertdir; Deusto Universitetinin mühazirəçisidir; bir sıra təşkilatlarda tədqiqat, inkişaf və innovativ layihələr üzrə ekspertdir; Beynəlxalq İnformasiya Texnologiyaları və Turizm Federasiyasının (İFİTT) üzvüdür.

Onun peşəkar fəaliyyəti Avropanı (İspaniya, Böyük Britaniya və İtaliya), Amerikanı (ABŞ və Kolumbiya) və Asiyanı (Myanma, Timor-Leste, Qazaxıstan və İndoneziya) əhatə edib.

 
Miçel Julian
(Dominikan Respublikası)
BMT Ümumdünya Turizm Təşkilatının (BMT ÜTT) Turizm Bazarının Təhlili və Rəqabətliliyi departamentinin Baş mütəxəssisi

Miçel Julian BMT Ümumdünya Turizm Təşkilatının (BMT ÜTT) Turizm Bazarının Araşdırılması və Rəqabət departamentinin Baş mütəxəssisidir. BMT ÜTT-də cənab Julian bugünkü və gələcək turizm tendensiyalarının təhlili ilə məşğuldur. O, BMT ÜTT-nin Ümumdünya Turizm Barometri kimi mühüm hesabatların hazırlanmasına görə cavabdehdir. Məşğul olduğu sahəyə həmçinin turizm məhsulları və seqmentlərinin, ölkədənkənar səyahətlərin və marketinq üsullarının öyrənilməsi daxildir. O, Avropa Səyahət Komissiyasınınn Bazar Tədqiqatı Komitəsinin üzvü olaraq BMT ÜTT-nin birgə layihələrinin koordinasiyası ilə məşğuldur. Cənab Julian Tuluza Universitetinin (Fransa) Beynəlxalq İqtisadiyyat və Turizm İqtisadiyyatı üzrə magistr dərəcəsinə malikdir.

 
Riçard A. Engelhardt
(ABŞ)
Honq Konq Universitetinin Memarlıq professoru, Asiya – Sakit Okean Regionunda mədəniyyət məsələləri üzrə YUNESKO-nun keçmiş regional müşaviri.

Engelhardt Yel və Harvard universitetlərində antropologiya və tarix üzrə təhsil almışdır. 1981-ci ildə Birləşmiş Millətlər Təşkilatında işə başlamış və bu təşkilatda son dörd onillik ərzində Asiyada mədəni irsin qorunması işlərinə rəhbərlik etmişdir. 1991-ci ildə Kambocada UNESKO-nun bölmə rəhbəri kimi, Anqkorun Mühafizəsi üzrə beynəlxalq kampaniyanın təşəbbüskarı olub. 1994-2008-ci illərdə Engelhardt Asiya – Sakit Okean Regionunda mədəniyyət məsələləri üzrə UNESKO-nun regional məsləhətçisi, 2008-2010-cu illərdə isə UNESKO-nun mədəniyyət məsələləri üzrə baş məsləhətçisi olmuşdur. Hazırda UNESKO-nun tarixi şəhərlərin və şəhər mərkəzlərinin qorunub saxlanması və idarə olunması kafedrasının professorudur.

Turizmin idarə olunmasına dair memarlıq həlləri
 
Dr. İman O. Qavad
(Misir)
Aralıq Dənizi Memarlar İttifaqının fəxri baş katibi; İncəsənət fakültəsinin memarlıq üzrə dosenti, Qahirə, Misir

Dr. Qavad İncəsənət fakültəsinin (Qahirə, Misir) memarlıq üzrə dosentidir. O, həmçinin, Aralıq Dənizi Memarlar İttifaqının fəxri baş katibi və Qahirənin Helvan Universitetinin Beynəlxalq Tələbə Bürosunun direktoru vəzifələrində çalışır. Dr. Qavad Helvan Universiteti və bir sıra beynəxalq universitetləri arasında müxtəlif beynəlxalq proqramlar və təhsil sahəsində mübadilə üzrə koordinator funksiyalarını yerinə yetirir.

Bundan əlavə, İman Qavad Qahirədə yerləşən bir neçə milli və beynəlxalq universitetlərin ştatdan kənar professor qismində çalışır. O, enerji səmərəliliyi və davamlı layihələndirmə sahələrində aktiv şəkildə fəaliyyət göstərir, elmi işləri bir sıra milli və beynəlxalq jurnal və konfranslarda nəşr olunmuşdur.

Memarlıq irsinin istifadəsi və qorunub saxlanması
 
Amalia Andrulidaki
(Yunanıstan)
Yunanıstan Mədəniyyət Nazirliyi. Restavrasiya, Muzey və Texniki İşlər üzrə Baş İdarəsinin rəhbəri.

Amalia Andrulidaki, Yunanıstan Mədəniyyət Nazirliyinin Restavrasiya, Muzey və Texniki İşlər üzrə Baş İdarəsinin rəhbəridir. Edinburq Universitetində tarixi abidələrin bərpası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1987-ci ildən etibarən Yunanıstan Mədəniyyət Nazirliyində çalışan Amalia peşəkar həyatını abidələrin (həm müasir, həm də tarixi), arxeoloji sahələrin və mədəniyyət binalarının qorunmasına həsr edibdir.

Xanımın fəaliyyətinin əsas diqqət mərkəzində cari tarixdə Yunanıstan abidələrinin, eləcə də mədəniyyət binalarının öyrənilməsi, onlara nəzarət və bərpasıdır. Onun vəzifəsi bu strukturların qorunması və təşviqi ilə əlaqədar müvafiq milli və regional xidmətlərin koordinasiyası və onlara nəzarət, habelə ətraf mühit, tarixi və arxeoloji sahələrə nəzarəti həyata keçirməkdir.

 
Delayla Əl-Kerdani
(Misir)
Memar, Qahirə Universiteti Mühəndislik Fakültəsi Memarlıq və Şəhər Dizaynı professoru.

Delayla Əl-Kerdani, Qahirə Universitetinin Mühəndislik Fakültəsində memarlıq və şəhər dizaynı professoru; Qahirədəki Amerika Universitetinin Memarlıq üzrə vitse-prezidenti; aktiv fəaliyyət göstərən memar və MİMAR Mühəndis Konsaltinq şirkətinin sədridir. 1992-ci ildə Qahirə Universitetində memarlıq fakültəsini bitirmişdir. Dizayn, konservasiya və mədəni irsin saxlanılması sahələrində o, Misirin bir çox əlaqədar təşkilatları, muzey və mədəniyyət mərkəzləri ilə əməkdaşlıq edir. Hal-hazırda Minyadakı Exnoton Muzeyinin inşası və layihələndirilməsi ilə məşğul olur. Həmçinin “Misir və Suriyada mədəni irsin qorunması və idarə edilməsi”, eləcə də “Aralıq dənizi regionunda İslam ictimai hamamlarının davamlı qorunması” mövzusunda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir neçə tədqiqat layihələrində iştirak etmişdir.

Delilah Al-Kerdani memarlıq, şəhərsalma, mədəni irsin qorunması və inkişafı istiqamətlərində Misirin Antik tarix və Mədəniyyət Nazirliyi, o cümlədən bir çox hökumət təşkilatları komitələrində ekspert və üzv olmuşdur.

O, Qahirə universiteti və Qahirə Amerika Universitetində bir neçə kurs üzrə mühazirə oxuyur, habelə Professor Heinz Nagler ilə birlikdə Qizada Qahirə Universitetinin, Kotbus Brandenburg Universiteti və İsgəndəriyyə Universitetində “Şəhər və Tarixi Rayonların Dirçəliş” adlı ikili magistr proqramını təsis etmişdir.

 
Linn Dirborn
(ABŞ)
Memar, İllinoys Universiteti Memarlıq üzrə Professoru.

ABŞ Memarlar İnstitutunun həqiqi üzvü (AIA) və elmlər doktoru Linn Dirborn, İllinoys Universiteti nəzdində memarlıq, sağlamlıq və rifah şöbəsinin dosentidir. Müdafiəsiz qrupların qarşısında duran ədalətsiz və mənfi ekoloji şəraitlərin dəyişdirilməsi istiqamətində çalışır və bu halları öz fəaliyyətində geniş ictimaiyyət üçün aşkara çıxarır. Onun tədqiqat və yaradıcılıq fəaliyyəti müasir dizayn və planlaşdırma işləri — tarixi irs, mədəni dəyişiklik və kiçik qrupların rifahı arasında əlaqələri araşdırır. O, bir çox mükafatlarla təltif edilmiş kitabların müəllifidir: “Narahat Miras: Silinmə və Luang Prabangda Qlobal Turizm” (birgə müəllif Con Stolmayer, Left Coast Press, 2010) və “Canlı Miras Davamlı İnkişafda: Hmong Müasirliyinin Tailandın kənd bölgələrində çətinlikləri” (Routledge, 2020).

 
Vikas Dilavari
(Hindistan)
Şəhər Mühafizə Memarı, “Vikas Dilawari Architects”.

Vikas Dilavari mühafizə sahəsində təxminən 30 illik təcrübəyə malik bir mütəxəssis olaraq urbanizasiyadan memarlığa qədər fərqli sahələrdə çalışıb.

Layihə və Arxitektura Universiteti (Yeni Dehli) və York Universitetinin Konservasiya və Mühafizə Memarlığı üzrə qoşa magistr dərəcəsi almışdır. 2007-ci ilin avqust ayından 2014-cü ilin yanvar ayınadək Mumbay şəhərinin Kamla Raheja Vidyanidhi Memarlıq İnstitutunun (KRVIA) Konservasiya Departamentinin rəhbəri olmuşdur.

Onun təcrübəsi Mumbay şəhərinin məşhur məkanlardan başlayaraq, bu şəhərin populyar olmayan yaşayış tikintilərinə qədər bir sıra mühafizə layihələrini uğurla həyata keçirməyə imkan vermişdir. Layihələrinin toplam olaraq 16-sı UNESCO-nun mədəni qoruma üzrə ASIA PACIFIC mükafatlarını qazandı. 2004-cü ildə Mumbay şəhərinin məşhur CST stansiyasının Hindistanın Milli Sənət və Mədəni İrsi (INTACH) siyahısına əlavə edilməsində mühüm rol oynamışdır.

 
Rizvan Bayramov
(Azərbaycan)
Memar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Beynəlxalq Memarlar Birliyinin Tarixi İrs və Mədəni Kimlik işləri üzrə Direktoru.

Rizvan Bayramov “PAŞA Bank” ASC-nin Layihələndirmə və Tikinti Departamentində layihələr üzrə menecer vəzifəsində çalışır. O, Bakı şəhərində ucaldılan bir sıra tikinti layihəsini hazırlamış, eyni zamanda işlərə nəzarət etmişdir. Qeyd edilən layihələrə özəl xəstəxananın inşaatını və tarixi memarlıq abidəsi olan uşaq xəstəxanasının bərpasını aid etmək olar. Rizvan Bayramov eyni zamanda tarixi abidələrin qorunması, bu sahədə elmi araşdırmaların aparılması və nəzarət işləri ilə də məşğul olmuş, bu sahədə 40-dan çox məqalə və kitabın müəllifidir. 2001-2011-ci illərdə O, Mədəniyyət Nazirliyi nəzdində Mədəni İrsin Qorunması Şöbəsinin rəhbəri olub. Peşəkar fəaliyyəti ilə yanaşı Rizvan bəy 2003-2008-ci illərdə İCCROM-un (Mədəni İrsin Qorunması və Bərpası üzrə Beynəlxalq Araşdırma Mərkəzinin) məclis üzvü; Dünya Mədəni İrs Komitəsinin sessiyalarında ölkə nümayəndəsi; Azərbaycan Memarlar Birliyi, Mədəni İrs Komitəsinin rəhbəri olmuşdur.

Turizm sektoru və rəqəmsal alətlər
 
İsbatov İlqar
(Azərbaycan)
Memar, Azərbaycan Texnologiya Universitetinin Direktoru, Azərbaycan Memarlar İttifaqının Şəhərsalma Planlaşdırılması Komissiyasının sədri.

İlqar İsbatov 09.04.1964-cü il təvəllüdlüdür. 1987-ci ildə Moskva Memarlıq İnstitutunun şəhər layihə fakültəsini fərqlənmə diplomu ilə bitirib, Bakqiproqor studiyasında (hazırda Bakı Dövlət Dizayn İnstitutu) işlədiyi dövrdə Bakı şəhərinin Baş Planının hazırlanmasında iştirak edib. Sonrakı vəzifələr: “Azgosproekt” layihəsinin baş memarı (1998-ci ildən 2001-ci ilədək); “Phoenix-A.A” memarlıq şirkətinin təsisçisi (2001-ci ildən). 13 fevral 2008-ci ildə İlqar İsbatov Bakı Dövlət Dizayn İnstitutunun direktoru təyin edilib. Cənab İsbatov bir çox memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində fəal olaraq iştirak edib. 2009-cu ildə təməli qoyulmuş və 2011-ci ildə uğurla başa çatdırılmış Mərkəzi Bankın ətraflı planının müəlliflərindən və baş memarlarından biridir. Direktor olaraq, Bakı Dövlət Dizayn İnstitutu tərəfindən hazırlanan Böyük Bakı Regional İnkişaf Planının koordinatorudur. Dənizkənarı Milli Parkının dizayn qrupunun üzvü olub. “Phoenix-A.A”nın layihələri üzrə Bakıda onlarla inşa edilən bina var. Cənab İsbatov bir sıra mükafatlarla təltif edilib; Azərbaycan Respublikası Prezidentinin Tərəqqi Medalı (2010); Azərbaycan Respublikasının Əməkdar Memarı (2012), Şöhrət Ordeni (2017). 2011-ci ildə MDB-nin Dizayn İnstitutu tərəfindən Ən Yaxşı Menecer adına layiq görülmüşdü. Mükafatları arasında MDB-nin ən yaxşı dizaynı və ilin ən yaxşı layihəsi vardır. İ. İsbatovun başçılıq etdiyi Bakı Dövlət Dizayn İnstitutu 2009 və 2010-cu illərdə MDB-nin ən yaxşı dizayn təşkilatı adına layiq görülmüşdü.

 
Mett Benson
(Avstraliya)
Coğrafiyaşünas/demoqraf, Malayziyanın Think City proqram direktoru

Coğrafiya mütəxəssisi Mett Benson, Malayziya hökumətinin strateji investisiya qurumu “Khazanah Nasional” tərəfindən yaradılmış və ixtisaslaşmış şəhər təkmilləşdirmə qurumu olan Think City-nin rəhbəridir. Son 20 il ərzində Mett şəhərətrafı, tərk edilmiş, uzaq və beynəlxalq şəraitdə planlaşdırma və inkişaf üçün 250-dən çox layihədə iştirak etmişdir. Təcrübəli analitik, strateji mütəxəssis və layihə meneceri olaraq, kompleks konsaltinq, məlumatların toplanması, baş layihələrin hazırlanması, şəhər abadlığı və ictimai sahələrin təkmilləşdirilməsi layihələrinə rəhbərlik edir. Think City-də hazırkı rolu ilə Malayziya şəhərlərinin yaşam səviyyələrini yüksəltmək məqsədilə innovativ həllər hazırlayan və sınaqdan keçirən kiçik dizayner və tədqiqatçılar qrupuna rəhbərlik edir.

 
Balint Kadar
(Macarıstan)
Memar, şəhərsalma alimi və layihə üzrə mütəxəssis, Budapeşt Texnologiya və İqtisad Universitetinin şəhər layihələmə və dizayn kafedrasının dosenti.

Memar, şəhərsalma alimi və layihə üzrə mütəxəssis, Memarlıq üzrə elmi dərəcəsini aldıqdan sonra 2015-ci ildə namizədlik dissertasiyasını: “Tarixi-turistik şəhərlərin piyada məkanından İstifadə: Vyana və Praqanın turistik sahə sistemlərinin Budapeşt ilə müqayisəsi” mövzusunda tamamlamışdır. O, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin şəhər layihələmə və dizaynı kafedrasının dosentidir, tədqiqatları Avropa şəhərlərində şəhər turizminin inkişafına, eləcə də şəhər araşdırmalarında xüsusi rəqəmsal məzmunun istifadəsinə yönəlib. Həmçinin tarixi şəhər mərkəzlərinin bərpası, taktiki urbanizm və estetik dizayn üzrə işlər hazırlayır.

Binaların layihələndirilməsi və turizmin inkişafı konsepsiyalarının layihələri ilə məşğul olan memarlıq studiyasına rəhbərlik edir. Macarıstan Müasir Memarlıq Mərkəzinin (KEK, www.kek.org.hu) və Macarıstan memarlar Assosiasiyasının (AHA-MEZ) xarici işlər komitəsinin üzvüdür.

 
Naqore Espinosa
(İspaniya)
Dünya Turizm Təşkilatının (UNWTO) eksperti, “in2destination” şirkətinin baş direktoru, Deusto Universitetində mühazirəçi.

Turizm iqtisadiyyatı sahəsində özəl, ictimai və akademik sahələrdəki isə geniş təcrübəsi sayəsində, Naqore Espinosa 2015-ci ildə beynəlxalq araşdırma və konsaltinq şirkəti olan “in2destination” yaratmışdır. Şirkət turizmdə ağıllı, davamlı və inklüziv istiqamətlərin və müəssisələrin yaradılması üçün böyük məlumatlardan istifadə üzrə ixtisaslaşır.

Espinosa öz biznesini idarə etməklə yanaşı Dünya Turizm Təşkilatında ekspert-məsləhətçidir; şəbəkə koordinatoru və İNRouTe üzrə ekspertdir; Deusto Universitetinin mühazirəçisidir; bir sıra təşkilatlarda tədqiqat, inkişaf və innovativ layihələr üzrə ekspertdir; Beynəlxalq İnformasiya Texnologiyaları və Turizm Federasiyasının (İFİTT) üzvüdür.

Onun peşəkar fəaliyyəti Avropanı (İspaniya, Böyük Britaniya və İtaliya), Amerikanı (ABŞ və Kolumbiya) və Asiyanı (Myanma, Timor-Leste, Qazaxıstan və İndoneziya) əhatə edib.

 
Sito Verakrus
(İspaniya)
FairBnB kooperativinin təsisçisi

Sito karyerasına 2012-ci ilə qədər yaşadığı İspaniyada, “ənənəvi” şəhər layihəçisi və inzibati hüquqşünas kimi başlamışdır. 2012-ci ildə Amsterdamda yerləşdikdən sonra ictimai aktivlik, davamlı mobillik və şəhər texnologiyaları sahəsində fəaliyyətə başlamışdır. O, Amsterdamdakı qısa müddətli istirahət icarəsi üçün nəzərdə tutulan tətbiq platformaların təsirlərini müşahidə etməyə başladı və 2016-cı ildən başlayaraq Fairbnb.coop təşəbbüsünü həyata keçirməyə çalışır.

Birgə iqtisadiyyata birgə şəhər nəzər nöqtəsindən yanaşmaq məqsədilə o, güclü dövlət nəzarət siyasəti və demokratik iştirak üsullarının birlikdə istifadə edilməsinin tərəfdarıdır. O, bu cür yanaşmanın daha realistik və effektiv bir iqtisadi alternativ olmasına inanır.

İqtisadi amillər
 
Ezio Miçelli
(İtaliya)
Memar, Daşınmaz əmlak iqtisadiyyatı professoru, Venesiyanın IUAV Universiteti, Venesiyada UNESCO-nun idarəetmə proqramı üzrə şəhər müşaviri.

Ezio Miçelli Venesiya Universitetinin Daşınmaz əmlak iqtisadiyyatının professorudur. Hal-hazırda ötən onilliyin sonlarında baş verən tənəzzüldən sonra İtaliya və Avropa şəhərlərində baş verən mühüm iqtisadi dəyişikliklərin daşınmaz əmlak bazarları üçün nəticələri üzərində elmi işlər aparır.

O, inzibati vəzifələr tutmuş və xüsusilə Venesiyada UNESKO-nun İdarəetmə Proqramı üzrə məsləhətçi kimi çıxış etdiyi Venesiya şəhəri layihələşdirmə üzrə merin müavini vəzifəsində çalışmışdır (2010-2013). O, şəhər Layihələşdirmə Milli islahatı üzrə İnfrastruktur Nazirliyinin Milli İşçi Qrupunun (2014) üzvü olub.

 
Əsgər Ələkbərov
(Azərbaycan)
Chairman of the Board of Administration, State Historical Architectural Reserve ”Icherisheher”

Əsgər Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir. Cənab Ələkbərov hazırkı vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 12 may 2016-cı ildə təyin edilmişdir. İdarə Heyətinin sədri olaraq, cənab Ələkbərov Bakının tarixi mərkəzi və UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan “İçərişəhər”in idarə edilməsinə görə cavabdehdir. Bundan əvvəl o, bir neçə yerli və beynəlxalq şirkətlərdə idarəedici vəzifələrdə çalışmışdır. 2012-16-cı illərdə cənab Ələkbərov “Qala Həyat” sığorta şirkətində İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. O, həmçinin 2009-12-ci illərdə “Merkuri Konsaltinq” və “Cifal Group” şirkətlərinin direktoru olmuşdur. Bundan əvvəl Əsgər Ələkbərov İqtisadi İnkişaf Nazirliyinin Milli Koordinasiya Bürosunun direktoru və Xarici İnvestisiyalar üzrə Koordinasiya Departamentinin rəhbəri vəzifələrində çalışmışdır.

 
Korinna Del Bianko
(İtaliya)
Life Beyond Tourism Direktoru, Fondaziu Romualdo Del Bianko

Fondazione Romualdo Del Bianco İdarə Heyətinin üzvü Korinna Del Bianko “Life Beyond Tourism” Beynəlxalq İnstitutunun tədqiqat və təhsil fəaliyyətinə rəhbərlik edir. 2014-cü ildən etibarən ICOMOS TheoPhilos Beynəlxalq Elmi komitəsinin üzvüdür və 2015-ci ildə Yamagata Prefecture (Yaponiya) Turizm və Tsuychime üzrə səfir təyin edilmişdir.

O, memarlıq, şəhər və daxili dizayn üzrə doktorluq dərəcəsinə malikdir, həmçinin Milanın Politexnik İnstitutunda Pemba (Mozambik) mənzilinin özünəməxsus formalarını tədqiq etmişdir. O, Josai Beynəlxalq Universitetində (Tokio) professor assistentidir və Azərbaycan, Polşa və Yaponiya universitetlərində mühazirə və seminarlar keçirmişdir.

 
Riçard A. Engelhardt
(ABŞ)
Honq Konq Universitetinin Memarlıq professoru, Asiya – Sakit Okean Regionunda mədəniyyət məsələləri üzrə YUNESKO-nun keçmiş regional müşaviri.

Engelhardt Yel və Harvard universitetlərində antropologiya və tarix üzrə təhsil almışdır. 1981-ci ildə Birləşmiş Millətlər Təşkilatında işə başlamış və bu təşkilatda son dörd onillik ərzində Asiyada mədəni irsin qorunması işlərinə rəhbərlik etmişdir. 1991-ci ildə Kambocada UNESKO-nun bölmə rəhbəri kimi, Anqkorun Mühafizəsi üzrə beynəlxalq kampaniyanın təşəbbüskarı olub. 1994-2008-ci illərdə Engelhardt Asiya – Sakit Okean Regionunda mədəniyyət məsələləri üzrə UNESKO-nun regional məsləhətçisi, 2008-2010-cu illərdə isə UNESKO-nun mədəniyyət məsələləri üzrə baş məsləhətçisi olmuşdur. Hazırda UNESKO-nun tarixi şəhərlərin və şəhər mərkəzlərinin qorunub saxlanması və idarə olunması kafedrasının professorudur.

Tənzimləmə tədbirləri
 
Balint Kadar
(Macarıstan)
Memar, şəhərsalma alimi və layihə üzrə mütəxəssis, Budapeşt Texnologiya və İqtisad Universitetinin şəhər layihələmə və dizayn kafedrasının dosenti.

Memar, şəhərsalma alimi və layihə üzrə mütəxəssis, Memarlıq üzrə elmi dərəcəsini aldıqdan sonra 2015-ci ildə namizədlik dissertasiyasını: “Tarixi-turistik şəhərlərin piyada məkanından İstifadə: Vyana və Praqanın turistik sahə sistemlərinin Budapeşt ilə müqayisəsi” mövzusunda tamamlamışdır. O, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin şəhər layihələmə və dizaynı kafedrasının dosentidir, tədqiqatları Avropa şəhərlərində şəhər turizminin inkişafına, eləcə də şəhər araşdırmalarında xüsusi rəqəmsal məzmunun istifadəsinə yönəlib. Həmçinin tarixi şəhər mərkəzlərinin bərpası, taktiki urbanizm və estetik dizayn üzrə işlər hazırlayır.

Binaların layihələndirilməsi və turizmin inkişafı konsepsiyalarının layihələri ilə məşğul olan memarlıq studiyasına rəhbərlik edir. Macarıstan Müasir Memarlıq Mərkəzinin (KEK, www.kek.org.hu) və Macarıstan memarlar Assosiasiyasının (AHA-MEZ) xarici işlər komitəsinin üzvüdür.

 
Selia Martines Yanes
(İspaniya)
Professor, Qranada Tarixi İrs və Memarlıq Universiteti

Selia Martines Yanes Qranada Universitetinin incəsənət tarixi kafedrasının professorudur və qeyd edilən elm mərkəzində 2006-cı ildə Mədəni İrsin müasir idarəetmə modelləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

2009-2014-cü illərdə ICOMOS təşkilatın baş katibliyində post-doktorantura tədqiqatları aparmış, eləcə də məsləhətçi və tədqiqatçı kimi burada sıx əlaqələr qurmuşdur. Həmin vaxtdan o, ICOMOS-un İspan Komitəsinin üzvü, Beynəlxalq Mədəniyyət marşrutları Elmi Komitəsinin eksperti və beynəlxalq mədəniyyət turizm Elmi Komitəsinin vitse-prezidenti olmuşdur. Martines Yanes UNESCO-nun Dünya İrs Mərkəzinin müxtəlif tədbirlərində və UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin qorunması haqqında konvensiyasında ICOMOS-u təmsil etmişdir.

ETSA (Sevilya) və Andalusiya Tarixi Miras İnstitutunda Memarlıq və Tarixi Miras Magistr proqramına rəhbərlik edir və Qranada şəhərində, Alhambra və Generalife idarə heyətində məsul vəzifələr tutur. Tarixi miras haqqında onlayn dərc olan ERPH dərgisinin baş redaktoru.

 
Lourens Lo
(Malayziya)
Mühafizə memarı və mədəni irs mütəxəssisi, Arkitek LLA

Lourens Lo davamlı şəhər həllərini yaratmaq məqsədi ilə mədəni üsullarla layihələndirmə tərəfdardır.

Onun Arkitek LLA şirkəti dünya səviyyəsində tanınmış, restavrasiya işlərini əhatə edən dizayn və konservasiya işləri və yüksək qiymətlər almış layihələr təqdim edir, məsələn Cheong Fatt Tze Sarayı (2000 UNESKO-nun Asiya-Sakit Okean Məramları Mükafatları, “Ən yaxşı layihə”) və Malayziyanın İstiqlal Stadionu (2008 YUNESKO Mükəmməllik Mükafatı). 2018-ci ildə Penangdaki UAB binasının uyğunlaşdırılmasına yenidən başlanması Malayziya Memarlıq İnstitutu tərəfindən “Ən yaxşı bina” mükafatı qazandı.

Eyni zamanda hökumət qurumları, biznes icmaları və vətəndaş cəmiyyəti ilə mədəniyyətə əsaslanan, iqtisadiyyata kömək edən və şəhər inkişafına dəstək verən Think City şirkətinin direktorudur. Son işlərinə iqlim dəyişmələrinə uyğunlaşdırma layihələrini idarə etmək üçün yerli resursların məbləğinin artırırlmasını əlavə etmək olar.

Bu il beynəlxalq səviyyədə memarlıq inkişafına ömürlük töhfəsinə görə Lorens PAM Qızıl Medalı ilə təltif edilmişdir.

 
Sito Verakrus
(İspaniya)
FairBnB kooperativinin təsisçisi

Sito karyerasına 2012-ci ilə qədər yaşadığı İspaniyada, “ənənəvi” şəhər layihəçisi və inzibati hüquqşünas kimi başlamışdır. 2012-ci ildə Amsterdamda yerləşdikdən sonra ictimai aktivlik, davamlı mobillik və şəhər texnologiyaları sahəsində fəaliyyətə başlamışdır. O, Amsterdamdakı qısa müddətli istirahət icarəsi üçün nəzərdə tutulan tətbiq platformaların təsirlərini müşahidə etməyə başladı və 2016-cı ildən başlayaraq Fairbnb.coop təşəbbüsünü həyata keçirməyə çalışır.

Birgə iqtisadiyyata birgə şəhər nəzər nöqtəsindən yanaşmaq məqsədilə o, güclü dövlət nəzarət siyasəti və demokratik iştirak üsullarının birlikdə istifadə edilməsinin tərəfdarıdır. O, bu cür yanaşmanın daha realistik və effektiv bir iqtisadi alternativ olmasına inanır.

 
Əsgər Ələkbərov
(Azərbaycan)
Chairman of the Board of Administration, State Historical Architectural Reserve ”Icherisheher”

Əsgər Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir. Cənab Ələkbərov hazırkı vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 12 may 2016-cı ildə təyin edilmişdir. İdarə Heyətinin sədri olaraq, cənab Ələkbərov Bakının tarixi mərkəzi və UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan “İçərişəhər”in idarə edilməsinə görə cavabdehdir. Bundan əvvəl o, bir neçə yerli və beynəlxalq şirkətlərdə idarəedici vəzifələrdə çalışmışdır. 2012-16-cı illərdə cənab Ələkbərov “Qala Həyat” sığorta şirkətində İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. O, həmçinin 2009-12-ci illərdə “Merkuri Konsaltinq” və “Cifal Group” şirkətlərinin direktoru olmuşdur. Bundan əvvəl Əsgər Ələkbərov İqtisadi İnkişaf Nazirliyinin Milli Koordinasiya Bürosunun direktoru və Xarici İnvestisiyalar üzrə Koordinasiya Departamentinin rəhbəri vəzifələrində çalışmışdır.

Təhsil və məlumatlılıq
 
Korinna Del Bianko
(İtaliya)
Life Beyond Tourism Direktoru, Fondaziu Romualdo Del Bianko

Fondazione Romualdo Del Bianco İdarə Heyətinin üzvü Korinna Del Bianko “Life Beyond Tourism” Beynəlxalq İnstitutunun tədqiqat və təhsil fəaliyyətinə rəhbərlik edir. 2014-cü ildən etibarən ICOMOS TheoPhilos Beynəlxalq Elmi komitəsinin üzvüdür və 2015-ci ildə Yamagata Prefecture (Yaponiya) Turizm və Tsuychime üzrə səfir təyin edilmişdir.

O, memarlıq, şəhər və daxili dizayn üzrə doktorluq dərəcəsinə malikdir, həmçinin Milanın Politexnik İnstitutunda Pemba (Mozambik) mənzilinin özünəməxsus formalarını tədqiq etmişdir. O, Josai Beynəlxalq Universitetində (Tokio) professor assistentidir və Azərbaycan, Polşa və Yaponiya universitetlərində mühazirə və seminarlar keçirmişdir.

 
İn-suk Ço
(Koreya)
Memar, Beynəlxalq Memarlar Birliyinin Tarixi İrs və Mədəni Kimlik işləri üzrə Beynəlxalq Direktoru, ICOMOS-ISCARSAH (Tarixi Memarlıq Abidələrinin Araşdırılması və Bərpası Beynəlxalq Elmi Komitəsinin) vitse-prezidenti.

İn-suk Ço Beynəlxalq Memarlar Birliyinin Tarixi İrs və Mədəni Kimlik işləri üzrə Beynəlxalq Direktorudur. O, həmçinin ICOMOS-ISCARSAH (Tarixi Memarlıq Abidələrinin Araşdırılması və Bərpası Beynəlxalq Elmi Komitəsinin) vitse-prezidentidir. Memarlıq üzrə elmlər doktoru olan İn-suk Ço (Memarlıq Tarixi və Nəzəriyyəsi) abidələrin qorunması və bərpası sahəsində mütəxəssisləşib. İn-suk Ço “DaaRee Architect & Associates” şirkətinin həmtəsisçisi və aparıcı mütəxəssisidir, eyni zamanda müxtəlif universitetlərdə Memarlıq Tarixi, Dizayn, Hanok (ənənəvi Koreya evi) və ənənəvi memarlıq üzrə dərs deyib. O, 2011-ci ildə Hanok Memarlığı üzrə 2011-ci il Memarlıq Mükəmməlliyi Mükafatına, 2011-2012-ci illərdə isə Memarlıq üzrə ARCASIA Mükafatına layiq görülmüşdü.

 
Stefano Musso
(İtaliya)
Memar, Tarixi Abidələrin Bərpası üzrə Genuya Universitetinin sabiq dekanı, Memarlıq Təhsili üzrə Avropa Assosiasiyasının sabiq prezidenti

Memar və abidələrin bərpası üzrə professor Stefano Françesko Musso Memarlıq Fakültəsinin dekanı, Memarlıq İrsi və Landşaft üzrə İxtisaslaşdırılmış Məktəbin direktoru, Mədəniyyət Təyinatlı Obyekt və Fəaliyyətlər Nazirliyinin Elmi-Texniki Komitəsinin üzvü, Memarlıq Təhsili üzrə Avropa Assosiasiyasının prezidenti vəzifələrində çalışıb. Cənab Musso hazırda Tarixi Abidələrin Bərpası üzrə İtaliya Assosiasiyasının prezidenti və Memarlıq Təhsili üzrə Avropa Assosiasiyasının koordinatorudur. O, mühazirəçi qismində dünyanın bir çox universitetlərində çıxış edib, Albaniya və İsrail kimi ölkələrdə UNESCO-nun təlim kurslarında iştirak edib. Cənab Musso həmçinin Avropa Komissiyasının “Mədəni irsin qorunması üçün müdaxilə prinsiplərinin hazırlanması” adlı Ekspert Qrupuna rəhbərlik edib. Stefano Musso çoxsaylı bərpa layihələrinin və İtaliyada, eləcə də digər ölkələrdə dərc olunmuş 270-dən çox elmi nəşrin müəllifidir.

 
Marla Haber Qoldsteyn
(İsrail)
Memar və tarixi irsin bərpası üzrə mütəxəssis, Marla Haber Goldstein Architecture

Marla Haber Qoldsteyn 30 ildən çoxdur ki, Yerusəlimin tarixi abidələr sahəsində çalışan memardır. O, 1983-cü ildə Torontonun (Kanada) Rayerson Universitetini bitirmiş və İsrailin Texnion Universitetində Memarlıq və Şəhərsalma üzrə Magistr dərəcəsini almışdır. Məktəblilər və digər şəxslər üçün fərdi turlar keçirməklə Marla tarixi abidələr və tarixi məkanlar barədə məlumatlılığın artırılması ilə məşğuldur.