Viza

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanın alınması üçün Azərbaycan Respublikasına planlaşdırılan gəlmə tarixindən ən azı 3 (üç) iş günü əvvəl müraciət etməlidirlər.

Müraciətçinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitmə tarixi verilməsi nəzərdə tutulan viza müddətinin bitmə tarixindən ən azı 3 ay artıq olmalıdır.

e-Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum viza müraciətinə baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır.

Elektron viza müraciətlərinin emal edilməsi məqsədilə 3 ABŞ dollar məbləğində xidmət haqqı tutulur. Bu məbləğ elektron viza üçün 20 (iyirmi) ABŞ dolları məbləğində dövlət rüsumundan əlavə ödənilir.

Ödəmə əməliyyatlarının yalnız Visa, Mastercard və UnionPay üzərindən aparılması mümkündür. Kartın sizin adınıza olması mütləq deyil.

Elektron viza blankı A4 formatdadır. e-Viza blankının yuxarı sağ hissəsində maşınla oxuna bilən xüsusi kod yerləşdirilmişdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bir neçə e-Viza aldıqda ölkəyə giriş etdiyi e-Viza blankı ilə ölkəni tərk etməlidir.

e-Viza blankı itirildikdə, evisa.gov.az portalı üzərindən və ya elektron poçtdan yenidən çap edilə bilər.

E-Visa ASAN Visa vasitəsilə BURADAN əldə edilə bilər.