Məkan

HEYDƏR ƏLİYEV
MƏRKƏZİ

Çoxları Heydər Əliyev Mərkəzinin memarlıq layihəsini ilk dəfə görəndə onun yalnız möcüzə nəticəsində gerçəkləşə biləcəyini düşünürdü. Bu qeyri-adi, mürəkkəb quruluşlu binanın inşası hətta nəzəri cəhətdən reallıqdan uzaq sayılırdı.

Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır.

Mərkəzin binasının layihəsində düz xətlərdən istifadə olunmayıb. Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir. Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır. Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub.

Binanın inşası zamanı ümumi uzunluğu 90 km təşkil edən dəmir konstruksiyalardan şəbəkə qurulmuşdur. Sahəsi 40 000 m² olan dam örtüyündə hər biri fərqli ölçüdə və müxtəlif həndəsi fiqur- üçbucaq, düzbucaq, trapesiya, paraleloqram şəklində xüsusi tərkibli 12 027 ədəd paneldən istifadə olunmuşdur.

Ümumi ərazi: 15,93 ha
Tikinti sahəsi: 101.801m 2
Park(landşaft ərazi): 13.58 ha
Binanın zirvəsi: 74.1 metr

Kompleksə əsas bina, yeraltı parkinq və park ərazisi daxildir. Ərazidə 2 dekorativ hovuz və süni göl var.

Binanın ağ rəngdə olması aydın gələcəyi simvolizə etməklə yanaşı, həm də buradakı xüsusi elementləri nəzərə çarpdırmaq məqsədi daşıyır. Ağ rəng sayəsində işıq şüaları binanın səthi üzərində hərəkət edərək layihənin seçilən hissələrini vurğulayır.

Əsas bina 3 bölmədən ibarətdir:

1. Heydər Əliyev Muzeyi bölməsi
2. Sərgi zalları bölməsi. 9 mərtəbəli olan bu bölmədə sərgi salonları, inzibati ofis və kafe yerləşir.
3. Audiorium bölməsi. 4 mərtəbədən ibarət olan bu bölmədə Auditorium, 2 konfrans zalı (çoxməqsədli zal), görüş və toplantı otaqları, Media mərkəzi yerləşir.

Nəqliyyat

Olduğunuz yerdən tədbirin keçirildiyi məkana gedən nəqliyyat haqqında məlumat üçün oxların üzərinə klikləyin.

Neftçilər
Metro Stansiyası
24
Heydər Əliyev
Mərkəzi
60
13
Heydər Əliyev
Mərkəzi
60
1
Heydər Əliyev
Mərkəzi
213
1
Heydər Əliyev
Mərkəzi
113
1
Heydər Əliyev
Mərkəzi
106
1
Heydər Əliyev
Mərkəzi
191
1
Heydər Əliyev
Mərkəzi
24
13
Heydər Əliyev
Mərkəzi
24
1
Heydər Əliyev
Mərkəzi
141
1
Heydər Əliyev
Mərkəzi
28 May
Metro Stansiyası
1
Heydər Əliyev
Mərkəzi
2
Heydər Əliyev
Mərkəzi
4
5
Heydər Əliyev
Mərkəzi
2
5
Heydər Əliyev
Mərkəzi
4
13
Heydər Əliyev
Mərkəzi
2
13
Heydər Əliyev
Mərkəzi
49
11
Heydər Əliyev
Mərkəzi
30
11
Heydər Əliyev
Mərkəzi
Elmlər Akademiyası
Metro Stansiyası
Elmlər Akademiyası
Metro Stansiyası
5
Heydər Əliyev
Mərkəzi
Elmlər Akademiyası
Metro Stansiyası
11
Heydər Əliyev
Mərkəzi
Elmlər Akademiyası
Metro Stansiyası
1
Heydər Əliyev
Mərkəzi
6
13
Heydər Əliyev
Mərkəzi
59
13
Heydər Əliyev
Mərkəzi
59
5
Heydər Əliyev
Mərkəzi
Elmlər Akademiyası
Metro Stansiyası
2
Heydər Əliyev
Mərkəzi
İçərişəhər
Metro Stansiyası
5
Heydər Əliyev
Mərkəzi
5
11
Heydər Əliyev
Mərkəzi
İçərişəhər
Metro Stansiyası
5
Heydər Əliyev
Mərkəzi
2
Heydər Əliyev
Mərkəzi
125
1
Heydər Əliyev
Mərkəzi
125
2
Heydər Əliyev
Mərkəzi
5
2
Heydər Əliyev
Mərkəzi
Gənclik
Metro Stansiyası
189
Gənclik
Metro Stansiyası
Heydər Əliyev
Mərkəzi
6
13
Heydər Əliyev
Mərkəzi
189
13
Heydər Əliyev
Mərkəzi
189
3
Heydər Əliyev
Mərkəzi
131
13
Heydər Əliyev
Mərkəzi
131
1
Heydər Əliyev
Mərkəzi
Nəriman Nərimanov
Metro Stansiyası
139
Nəriman
Nərimanov
Metro Stansiyası
Heydər Əliyev
Mərkəzi
166
Nəriman
Nərimanov
Metro Stansiyası
Heydər Əliyev
Mərkəzi
163
Nəriman
Nərimanov
Metro Stansiyası
Heydər Əliyev
Mərkəzi
148
Nəriman
Nərimanov
Metro Stansiyası
Heydər Əliyev
Mərkəzi
Fəvvarələr meydanı/
Sahil Metro Stansiyası/
İçərişəhər Metro Stansiyası
5
Heydər Əliyev
Mərkəzi
2
Heydər Əliyev
Mərkəzi
79
5
Heydər Əliyev
Mərkəzi
2
5
Heydər Əliyev
Mərkəzi
14
5
Heydər Əliyev
Mərkəzi
5
11
Heydər Əliyev
Mərkəzi
125
1
Heydər Əliyev
Mərkəzi
125
2
Heydər Əliyev
Mərkəzi
Həzi Aslanov
Metro Stansiyası
Həzi Aslanov
Metro Stansiyası
5
Heydər Əliyev
Mərkəzi
Həzi Aslanov
Metro Stansiyası
2
Heydər Əliyev
Mərkəzi
11
Heydər Əliyev
Mərkəzi
Həzi Aslanov
Metro Stansiyası
13
Heydər Əliyev
Mərkəzi