Otellərin siyahısı

FOUR SEASONS HOTEL
/ Məkandan məsafə 6.8 km
Xəzər dənizinə və İçərişəhərə baxan bu 5-ulduzlu oteldə restoran, salon, bar və qapalı hovuz fəaliyyət göstərir. Otaqlarda havalandırma var.Hər bir oyaq unikal interyerə, şəhər və ya dəniz mənzərəsinə və yastı ekranlı televizora malikdir. Hamam otaqları mərmər panellər və duşla təchiz olunub. "Zafferano" restoranında italyan mətbəxinin ləziz yeməklərindən dadmaq olar. "Piazza" lounge-da və ya "Bentley’s" viski-barda müxtəlif içkilərdən zövq almaq mümkündür.
DINAMO HOTEL BAKU
Məkandan məsafə 5.5 km
Regionun ən canlı şəhərlərindən birini qarış-qarış gəzə bilmək üçün mükəmməl bir mövqedə, Bakının tam mərkəzində yerləşir. Dinamo Hotel Baku özünəməxsus üsluba malik bu gözəl şəhəri görmək istəyən səyahətçilər üçün mükəmməl bir seçimdir.
FAIRMONT BAKU
/ Məkandan məsafə 7.2 km
"Alov Qüllələri" kompleksində, Şəhidlər Xiyabanından 3 dəqiqəlik piyada məsafədə yerləşən 5-ulduzlu Fairmont Baku otelinin şəhərə və Xəzər dənizinə gözəl mənzərəsi var. Fairmont Baku-nun müasir otaqlarında dəbli interyer və yastı ekranlı televizorlar mövcuddur. Bütün otaqlarda mini-bar və panoramalı pəncərələr vardır. Hamam otaqları şüşəli divar və bidelərlə təchiz olunub. Qonaq otaqlarında enerjidoldurma qurğuları və qəhvə maşınları təqdim olunur. "Le Bistro" restoranında yerli və beynəlxalq mətbəxdən zövq ala bilərsiniz.
HILTON BAKU
/ Məkandan məsafə 4 km
İçərişərdən 8 dəqiqəlik piyada məsafəsində, Bakı Bulvarının yanında yerləşən Hilton otelində qonaqların ixtiyarına damüstü bar, hovuz və fitnes zalı verilir. Şəhərin mərkəzi və Xəzər dənizi mənzərəsi olan bütün otaqlarda havalandırma, isti içkilərin hazırlanması üçün cihazlar və yastı ekranlı televizorlar mövcuddur. Otaqlar böyük və işıqlıdır. Terrasda yerləşən Sky Grill restoranında dəniz məhsulları və steyklər verilir. Həmçinin, dəbli çay salonu və Yaxın Şərq/Aralıq dənizi mətbəxini təqdim edən restoranın xidmətlərindən faydalana bilərsiniz.
BOULEVARD HOTEL
/ Məkandan məsafə 4 km
Bulvar Otel Bakı Ağ Şəhər qəsəbəsinin ürəyində, şəhər mərkəzini Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə birləşdirən əsas yolların üzərində yerləşərək ideal mövqeni əks etdirir. Bulvar Otel Bakı 818 rahat standart və lyuks qonaq otaqları təklif etməklə bütün aparıcı biznes və mədəniyyət mərkəzlərinə mükəmməl çıxışı təmin edir.
JW MARRIOTT ABSHERON HOTEL
/ Məkandan məsafə 3.8 km
JW Marriott Absheron Baku Azadlıq meydanında yerləşən 5-ulduzlu oteldir. Otel Bakının əsas alış-veriş, əyləncə və biznes obyektlərindən 5 dəqiqəlik piyada məsafəsindədir. Geniş otaqlarda havalandırma, yastı ekranlı televizor, enerji doldurma cihazı, iş masası və noutbuk üçün seyf mövcuddur. "ZEST Lifestyle" səhər yeməyi, nahar və şam yeməyi üçün gün boyu açıqdır. "Fireworks" restoranında səhər yeməyi və qızardılmış ət yeməkləri, "Oro Nero" restoranında isə qonaqlara italyan mətbəxi və keyfiyyətli şərablar təqdim olunur.
PULLMAN HOTEL
Məkandan məsafə 11 km
5-ulduzlu Pullman Baku şəhərin tarixi Badamdar qəsəbəsində yerləşir. Otelin olduqca rahat olan bütün 280 otağında mənzərəli balkon ve pulsuz WiFi var. Ən tanınmış gəzinti yerləri və alış-veriş mərkəzlərinə aparan avtobus xidməti göstərir. Aralıq dənizi mətbəxinin dadlarından "The Peppermill" restoranında, gözəl Meksika mətbəxi, müxtəlif məzə və kokteyllərdən isə "Chill" bar və restoranında zövq almaq olar.
LANDMARK HOTEL
Məkandan məsafə 4.2 km
Hökumət Evi və Azərbaycan Opera və Balet Teatrından 10 dəqiqəlik piyada məsafəsində, Heydər Əliyev Sarayı və Fəvvarələr Meydanından isə 2 km-də yerləşən oteldə pulsuz WiFi, 6 restoran və qapalı hovuz xidmətinizdədir. Otelin bütün dəbli otaqları havalandırma sistemi, panoramalı pəncərələr, yastı ekranlı televizor, minibar və elektrik çayniklərlər təchiz olunub. Landmark-ın 6 restoranında Avropa və Asiya mətbəxindən yeməklər verilir. Sky Bar-da panorama mənzərəsindən zövq ala bilərsiniz.
INTOURIST HOTEL
Məkandan məsafə 6.8 km
Xəzər dənizindən 200 m məsafədə yerləşən Intourist Hotel Baku Autograph Collection, spa və sağlamlıq mərkəzi ilə xidmətinizdədir. Otelin ərazisində şəxsi dayanacaq və Wi-Fixidməti pulsuzdur. Bütün otaqlarda havalandırma sistemi, yastı ekranlı televizor və enerji doldurma cihazları mövcuddur.
Qonaqar yeməklərini həm otelin restoranında yeyə bilər, həm də otağa gətirilən səhər yeməyi xidmətindən yararlana bilər. Oteldə icarəyə velosipedlər verilir və dayə xidmətləri göstərilir.
HAYATT REGENCY BAKU
Məkandan məsafə 6.8 km
Bakının tarixi hissəsində yerləşən 5-ulduzlu otel cakuzisi olan açıq və qapalı hovuzlara malikdir. Oteldə pulsuz Wi-Fi xidmətləri vardır. Zərif, havalandırma sistemi olan otaqlarda klassik üslublu interyer və isti rəngli dekor üstünlük təşkil edir. Bütün otaqlarda yastı ekranlı televizor və mini-bar var. Dəbli "Mezzo" restoranında Avropa və Azərbaycan mətbəxləri təqdim olunur. Qonaqlar Lobby Lounge-da içkilərdən zövq ala və ya "Armaiti" kafesində dincələ bilər.
METRO CITY HOTEL
Məkandan məsafə 3.1 km
Pulsuz Wi-Fi və fitness mərkəzi təqdim edən Metro City Hotel Heydər Əliyev Mərkəzindən 2,1 km və Fəvvarələr Meydanından 7 km məsafədə yerləşir. Oteldə spa mərkəzi və qapalı hovuz var. Hava limanı transferi və avtomobil icarəsi xidmətləri göstərilir. Oteldə hər səhər kontinental səhər yeməyi verilir. Qonaqlar Avropa mətbəxini təqdim edən restoranda nahar yeməyi edə bilərlər.
PEGAS HOTEL
Məkandan məsafə 6 km
Pegas Hotel Qız Qalası, Şirvanşahlar Sarayı və Fəvvarələr Meydanının yaxınlığında yerləşir. Qəbul və qeydiyyat 24 saat açıqdır. Şəhər mənzərəsi olan oteldə uşaqlar üçün oyun meydançası və Wi-Fi var. Kontinental və ya açıq bufet səhər yeməyi təqdim olunur.
WINTER PARK HOTEL
Məkandan məsafə 6.5 km
Şəhərin mərkəzində yerləşən və bir çox alış-veriş mərkəzlərinə yaxın olan Winter Park Hotel-də geniş otaqları və gözoxşayan mənzərəsi, gündəlik yemək bufetləri və fərdi xidmətləri, müasir avadanlıqlarla təchiz olunmuş fitness mərkəzi və rahatladıcı spa, üç iclas otağı və iki tədbir otağı mövcuddur.
RUSEL HOTEL
Məkandan məsafə 0.5 km
4-ulduzlu Rusel Hotel Heydər Əliyev Mərkəzindən 8 dəqiqəlik piyada məsafəsində və Fəvvarələr Meydanından 4.8 km-də yerləşir. Otelin bütün otaqlarında elektrik çaynik və pulsuz Wi-Fi xidməti var. Otelin restoranında açıq bufet fəaliyyət göstərir.
RUMA PORT HOTEL
Məkandan məsafə 4.2 km
Bakı Bulvarının yaxınlığında, Formula 1 sahəsindən 4 dəqiqəlik piyada məsafəsində və Fəvvarələr meydanından 1.8 km-də yerləşən oteldə restoran və pulsuz Wi-Fi mövcuddur. Bütün otaqlar masa, yastı ekranlı televizor və fenlə təchiz olunub. Hər səhər açıq bufet qonaqların ixtiyarındadır.
GORGUD HOTEL
Məkandan məsafə 3.5 km
Gorgud Hotel & SPA Bakı Dəmir Vağzalından 350 metr məsafədə yerləşir. Oteldə spa mərkəzi, tərkibində vitamin barı olan fitnesss zalı və qapalı hovuz fəaliyyət göstərir. Pulsuz WiFi təqdim olunur. Bütün otaqlarda yastı ekranlı televizor, seyf və mini-bar mövcuddur. Restoranlarda milli və Avropa mətbəxlərindən yeməklər verilir.
ATROPAT HOTEL
/ Məkandan məsafə 9 km
İçərişəhərdə yerləşən 4-ulduzlu otel Xəzər Dənizindən 5 dəqiqəlik piyada məsafəsində yerləşir. Geniş və eleqant otaqların hər birində pulsuz Wi-Fi və yastı ekranlı televizor var. 2018-ci ildə yenilənən otaqlarda havalandırma sistemi və soyuducu var. Otelin xudmani restoranında kontinental səhər yeməyi təqdim olunur. Qonaqlar, həmçinin, ənənəvi taxta üslubunda dekor olunmuş barda dincələ bilərlər.
EMERALD SUITE HOTEL
/ Məkandan məsafə 3 km
Emerald Suite Otel Heydər Əliyev Mərkəzindən 1.1 km uzaqlıqda yerləşir. Oteldə qonaqlar günəş terrası, sauna və restoranda yemək və ya barda içki içməkdən feyz ala bilərlər. Otel idman və mədəni tədbirlər, işgüzar səfərlər, ailəvi yeməklər və romantik axşamlar üçün ideal bir yerdir.
SHAH PALACE HOTEL
Məkandan məsafə 8 km
Shah Palace Hotel Bakının mərkəzində, "İçərişəhər" metro stansiyasından 50 m uzaqlıqda yerləşir. Otel daxilində 2 restoran və fitnes zalı fəaliyyət göstərir. WiFi xidməti pulsuzdur. Klassik üslublu otaqlar havalandırma sistemi, yastı ekranlı televizor və mini-barla təchiz olunub. Restoranlarda milli, AVropa və Asiya mətbəxləri təqdim olunur. Açıq bufet səhər yeməyi hər səhər verilir, qonaqlar həmçinin barda içkilərdən zövq ala bilərlər.
RIVIERA HOTEL
/ Məkandan məsafə 10 km
Riviera oteli Bakının mərkəzində, Xəzər dəniz limanının yaxınlığında, əsas alış-veriş mərkəzlərinə və ticarət ofislərinə 10 dəqiqə uzaqlıqda yerləşir. Mehmanxana otaqlarından Xəzər dənizinə füsünkar bir mənzərə açılır. Otaqlar geniş və indivudual havalandırma sistemi, yüksəksürətli W-Fi, beynəlxalq kanallı kabel televiziya sistemi, seyf və mini-barla təhciz olunub.Həmçinin, qonaqlar üçün axşam servisi göstərilir.
DROP INN BAKU
/ Məkandan məsafə 7.5 km
Qız Qalasından 1.1 km məsafədə yerləşən 3-ulduzlu Drop Inn Baku havalandırması olan otaqları təklif edir. Hər otaqda yastı ekranlı televizor və peyk kanalları var. Otaqlar hamam otağı ləvazimatları və elektrik çayniklə təchiz olunub. Qonaq otaqlarında masa mövcuddur. Hər səhər açıq bufet təqdim olunur.
VIVA BOUTIQUE HOTEL
/ Məkandan məsafə 6 km
Fəvvarələr Meydanından 1.3 km məsafədə yerləşən Viva Boutique Hoteldə havalandırma sistemi və pulsuz WiFi vardır. Otel personalı hava limanına transfer təşkil edə bilər. Bütün otaqlar masa, elektrik çaynik və yastı ekranlı televizorla təchiz olunub. Oteldə kontinental və ya açıq bufet təqdim olunur.
SAHIL HOSTEL & HOTEL
Məkandan məsafə 7 km
Sahil Hostel & Hotel Fəvvarələr Meydanından 600 m və Qız Qalasından 700 m məsafədə yerləşir. Qonaqlar oteldəki yerli şərab və isti içkilərdən zövq ala bilər. Otaqlarda havalandırma və səs izolyasiyası var. Sahil Hostel & Hotel-in yaxınlığında bir çox bar, gecə klubları, kafe və restoranlar fəaliyyət göstərir.
CITY INN BOUTIQUE HOTEL
/ Məkandan məsafə 5 km
Fəvvarələr Meydanından 600 m məsafədə yerləşən City Inn Boutique Hotel-də havalandırma və pulsuz WiFi təqdim olunur. Bütün otaqlar kabel kanalları olan yastı ekranlı televizorla təchiz olunub. Qonaq otaqlarında masa var. Oteldə hər gün kontinental səhər yeməyi verilir.
TWIN CASTLE BOUTIQUE HOTEL
/ Məkandan məsafə 8 km
Twin Castle Boutique Hotel Qız Qalasından 500 m məsafədə yerləşir və qonaqlarına pulsuz WiFi və konsyerj xidmətləri təqdim edir. Qonaq otaqları kabel kanalları olan yastı ekranlı televizorla, kondisioner və qarderobla təchiz olunub. Oteldə kontinental səhər yeməyi təqdim olunur.
DELUXE CITY HOTEL
/ Məkandan məsafə 5 km
3-ulduzlu Deluxe City Hotel Qız Qalasından 2.2 km yerləşir. Oteldə pulsuz WiFi və yastı ekranlı televizor var. Otaqlarda bideli hamam otağı və masa mövcuddur. Açıq bufet səhər yeməyi hər gün təqdim olunur.
MALAKHAN HOTEL
/ Məkandan məsafə 7.5 km
MalakHan oteli Qız Qalasından 1.2 km və Fəvvarələr Meydanından 2.7 km məsafəsində yerləşir. Otel pulsuz WiFi təqdim edir, otaqlar masa, qarderob və yastı ekranlı televizorla təchiz olunub. Hər səhər kontinental səhər yeməyi verilir. Restoran türk mətbəxində ixtisaslaşır.
OLD CITY INN
/ Məkandan məsafə 8 km
Şirvanşahlar Sarayından 300 m məsafədə yerləşən 3-ulduzlu Old City Inn Hoteldə terras mövcuddur və pulsuz WiFi təqdim olunur. Qonaq otaqlarında kondisioner, peyk kanalları göstərən yastı ekranlı televizor, mətbəx, masa, hamam və fen var. Oteldə açıq bufet səhər yeməyi verilir.
DU PORT HOTEL
/ Məkandan məsafə 6.5 km
Bakının ürəyində, Fəvvarələr Meydanında yerləşən Du Port Hotel pulsuz WiFi, pab və balkonu olab eleqant otaqlar təqdim edir. Hər otaqda kabel televiziyası, elektrik çaynik, mini-bar və fen var. Hər səhər ənənəvi səhər yeməyi verilir. Hər cümə və şənbə günləri canlı musiqi səslənir.
KARAT INN HOTEL
/ Məkandan məsafə 5 km
Heydər Əliyev Sarayından 5 dəqiqəlik piyada məsafəsində yerləşən oteldə pulsuz Wi-Fi və pulsuz avtomobil dayanacağı var. Karat Inn restoranında türk və azərbaycan mətbəxi təqdim olunur. Hər gen açıq bufet səhər yeməyi verilir. Oteldə kabel televiziyası və kondisioner var.