Dördüncü
Bakı Beynəlxalq
Memarlıq Müsabiqəsi

Ümumi müddəalar

Bakı Beynəlxalq Memarlıq müsabiqəsi, Beynəlxalq Memarlar İttifaqının (BMI) dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən iki ildə bir təşkil edilən açıq müsabiqədir. Builki müsabiqə, Beynəlxalq Memarlar İttifaqının tövsiyəsi ilə "Mədəni irs şəhərləri və turizm çağırışları" adlı Beynəlxalq Memarlıq Forumu ilə birgə keçiriləcək və bununla əlaqədar olaraq müsabiqənin məqsədlərinə və nominasiyalarına bəzi dəyişikliklər edilmişdir.

Məqsəd

Müsabiqənin əsas məqsədi, mükəmməl layihələndirmə və məsuliyyətli planlaşdırılma metodlarını, mədəni irs yerlərində və tarixi əhəmiyyətə malik yerlərdə turizmin inkişafını əks etdirən layihələri (təklif olunan və həyata keçirilən) tanıtmaqdır. Bu, turistlərin yerləşdirilməsi, tarixi əhəmiyyətli yerlərin və obyektlərin təfsir edilməsi və ya açılması üçün yeni imkanlar yarada bilər, eləcə də mövcud binaların turizm məqsədləri üçün uyğun şəkildə yenidən istifadəsinə yol aça bilər.

Müsabiqə nominasiyaları

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
A – “Turizm obyektlərinin memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”
B – “Tarixi binalar və abidələrin bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”
C – “Tarixi interyerin bərpası sahəsində həyata keçirilmiş ən yaxşı layihə”
D – “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”
E – “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilməmiş ən yaxşı layihə”
F – “Turizm məqsədləri üçün tarixi irsin istifadəsi sahəsində ən yaxşı nəşr”

Müsabiqənin şərtləri

Müsabiqədə, öz ölkəsində memarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq ixtisasa malik diplomlu memarlar iştirak edə bilərlər. Hər bir iştirakçı hər nominasiya üzrə yalnız bir layihə təqdim edə bilər; iştirak pulsuzdur.

Sual – Cavab

Müsabiqə proseduru ilə bağlı suallar aşağıdakı ünvana göndərilə bilər: uaa@uaa.az. Sualların cavabları iştirakçılara Memarlar İttifaqı tərəfindən elektron poçt vasitəsilə çatdırılacaqdır.

Müsabiqənin işçi dilləri

Müsabiqə azərbaycan, rus və ingilis dillərində keçirilir.

Müsabiqəyə təqdim olunan materiallar

Müsabiqədə iştirak üçün aşağıdakılar təqdim olunmalıdır:
• Müsabiqə iştirakçısı tərəfindən çap hərfləri ilə doldurulmuş Qeydiyyat forması;
• müəllif və yaxud müəllif qrupu haqda məlumat (müəlliflərin soyadı, adı, atasının adı, telefon nömrələri, ünvanları, şəxsiyyət vəsiqəsinin surəti, ixtisası təsdiq edən sənədin surəti);
• təqdim olunan obyektin planları, fasadları, fotoşəkilləri; qrafik materiallar 80x100 sm formatlı planşetlərdə, şaquli vəziyyətdə, hər layihəyə dair 2 (iki) planşetdən artıq olmamaq şərtilə təqdim olunur:
- nazik möhkəm əsaslar üzərində – yerli memarlar üçün;
- pdf. elektron formatında – xarici memarlar üçün;
- təqdim olunan bütün layihələrin yuxarı sağ küncündə identifikasiya kodu (nominasiyanın adına uyğun hərf və 6 rəqəm) göstərilir;
• ingilis dilində A4 formatında 2 səhifə həcmində təqdim olunan izahat mətni;
• F nominasiyasında iştirak edən əsərlərin təxminən 300 sözdən ibarət xülasəsi ingilis dilində təqdim edilməlidir;
• Bütün iştirakçılar təqdim olunan əsərin daha əvvəl Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibi olmadığını təsdiq etməlidirlər;
• Elektron versiyası olmayan işlər müsabiqəyə qəbul olunmur. Bütün layihələr (pdf formatında), bütün təqdim olunan materiallar kimi uaa@uaa.az elektron ünvanına göndərilməlidir;
• Xarici memarlar üçün layihələrin çapını Müsabiqənin təşkilatçıları öz üzərlərinə götürürlər. Bunun üçün təqdim olunan layihəni uaa@uaa.az elektron ünvana göndərmək və aşağıdakı hesaba 35 avro (1 planşet üçün) məbləğində ödəniş etmək lazımdır.

Mükafatlar

Mükafat fondu təşkilatçılar tərəfindən 45 000 AZN məbləğındə müəyyən edilmişdir.
Hər nominasiya üzrə mükafat fondu aşağıdakı kimi bölüşdürülür:

Birinci mükafat — 4000 AZN
İkinci mükafat — 2500 AZN
Üçüncü mükafat — 1000 AZN

Münsiflər heyəti:

Müsabiqə layihələrinin qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə peşəkar və obyektiv Beynəlxalq Münsiflər heyəti müəyyən olunmuşdur:
• Vassilis Squtas (sədr) – BMİ-nin sabit Prezidenti, Yunanıstan
• Esa Mohammed – BMİ-nin sabiq Prezidenti, Malayziya
• Katrin Jako – Fransa memarları Ordeninin Milli Şurasının sabiq prezidenti, Fransa
• Vity Nsalambi – Afrika Memarlar İttifaqı Təhsil Komissiyasının sədri, Angola
• Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Sədri
Beynəlxalq münsiflər heyətinin üzvləri müsabiqədə iştirak etmək və müsabiqə iştirakçıları ilə hər hansı bir əlaqədə olmaq hüququna malik deyillər. İştirakçıların sualları yalnız müsabiqənin təşkilatçıları tərəfindən cavablandırıla bilər. Beynəlxalq münsiflər heyəti, üzvlərinin ən azı 2/3-nin səsi olduğu halda öz işini aparmaqda səlahiyyətli hesab olunur.
Münsiflər heyəti bütün işləri yoxlayır və yuxarıda sadalanan tələblərə cavab verməyənləri kənar edir.
Beynəlxalq münsiflər heyətinin qərarı sadə səs çoxluğu ilə, münsiflər tərəfindən müəyyən olunmuş qaydada qəbul olunur. Səslər bərabər olarsa, beynəlxalq münsiflər heyətinin sədri həlledici səsə malikdir.
Beynəlxalq münsiflər heyəti müsabiqənin bütün mərhələləri boyunca, mükafatlandırılma da daxil olmaqla, yeganə münsif olaraq qalır.
Müsabiqənin təşkilatçıları ekspertlər və məsləhətçilər dəvət edə bilərlər ki, onlar da münsiflər heyətinin məxfilik tələblərinə riayət edir və səs hüququna malik deyillər.

Keçirilmə müddəti

Müsabiqənin elan edilməsi: 15.12.2018
Sual verilməsi üçün son tarix: 01.05.2019
Materialların qəbul olunması üçün son tarix: 20.05.2019
Müsabiqənin münsiflər heyətinin işi: 08.06.2019-09.06.2019
Nəticələrin elan olunması: 10.06.2019

Layihələrin və materialların müsabiqəyə təqdim olunması

Yerli iştirakçıların işləri, 20 may 2019-cı il saat 18.00-dan gec olmayaraq, Azərbaycan Respublikası, Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, 24 ünvanında Azərbaycan Memarlar İttifaqına təqdim olunmalıdır.
Xarici iştirakçıların işləri 10 may 2019-ci il tarixindən gec olmayaraq uaa@uaa.az elektron ünvanına göndərilməlidir.

İctimaiyyətin məlumatlandırılması

Müsabiqənin proseduru və qaydaları Azərbaycan Memarlar İttifaqının rəsmi www.uaa.az internet saytında dərc olunacaq.
Müsabiqə barədə elan BMİ-nin beynəlxalq kommunikasiya şəbəkəsi vasitəsilə dərc ediləcəkdir.

Sərginin təşkili və müsabiqəyə təqdim edilən əsərlərin kataloqunun buraxılışı

Müsabiqə keçirilən zaman və Münsiflər heyətinin işi zamanı müsabiqəyə təqdim olunmuş bütün işlərin sərgisi təşkil olunur və ictimaiyyətə nümayiş etdirilir.
Müsabiqənin nəticələri üzrə bütün mükafatlandırılan layihələr, habelə tövsiyə edilmiş layihələr kataloqda (bülleteni) nəşr olunacaqdır.