Bakı turu

İçəri Şəhərə səhər turuna daxildir:

Qoşa Qala qapısı, Şirvanşahlar Sarayı, Qız Qalası, hamamlar, Karvansaray, sənətkarlıq emalatxanaları, xalça və əntiq əşyaları dükanları, miniatür kitablar mağazası və digər obyektlər.

Günorta turuna aşağıdakı yerlər daxildir:

Fəvvarələr Meydanı, Dənizkənarı Milli Park, Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi, Kiçik Venesiya, Bakı Yaxta Klubu, Dağüstü Park, Bakı buxtası, Şəhidlər Xiyabanı və Fəxri Xiyaban.

Heydər Əliyev Mərkəzi.

Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir.

Sərgi zalları

1. “Azərbaycan inciləri”
2. “Mini Azərbaycan”
3. “Azərbaycana xoş gəlmisiniz”
4. Azərbaycan mətbəxi fotoları
5. Heydər Əliyev Muzeyi

Turun davamlılığı: 5-6 saat